“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, ilaxır çərşənbədə yandırılan bayram tonqalında 5 azyaşlı ehtiyyatsızlıqdan yanıq xəsarəti alıb. Onların ən kiçiyinin 6, ən böyünün isə 10 yaşda olduğu bildirilir.
Azyaşlılar əsasən bayram tonqalının üstündən tullanərkən yanıblar. Bəziləri isə tonqaldan çıxan qığılcım nəticəsində xəsarət alıb. Hadisələrdən 3-ü Xətayi, 2-si isə Qaradağ rayonunda qeydə alınıb. Xəsarət alanlar dərhal 5 nömrəli xəstəxanın yanıq şöbəsinə gətirilib. Sağlamlıq mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyir ki, indiyə kimi, yəni keçirilən 4 çərşənbə axşamı zamanı təşkil olunan bayram tonqallarında 13 nəfər ehtiyyatsızlıq səbəbindən xəsarət alıb. Xəstəxanya qəbul edilənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar:
“Uşaqlar tonqal yandırarkən 2 və 3-cü dərəcəli yanıq xəsarəti alıblar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 4 çərşənbə axşamı zamanı 5-6 nəfər yanıq xəsarəti ilə xəstəxanaya müraciət edib”.
FHN-nin şöbə rəisi Hikmət Cəfərov vətəndaşlara xəbərdarlıq edib: “Valideynlər azyaşlıları tonqaldan uzaq tutsunlar. Çünki həmişə nəzarətsiz qalanda hansısa, bir hadisə baş verir. Tonqaldan atılan zaman, valideynlər də balacaların yanında olsalar yaxşı olar”.