13 bağdan oğurluq edən dəstə saxlanıldı

13 bağdan oğurluq edən dəstə saxlanıldı
Oxunma sayı: 1315

Sumqayıt ərazisində yerləşən bağ evlərindən silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar. 

“Qafqazinfo” xəbər verir ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Vasif Əzimov, Mehman Mahmudi, Ağdam rayon sakini Şükran Xələfov və Xızı rayon sakini Rza Nəcəfov saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı dəstə üzvlərinin Sumqayıt şəhərində 13 bağ evindən əsasən televizor, su qızdırıcı, samovar, generator, kombi aparatı, təmir-tikinti alətləri və digər məişət əşyaları oğurladıqları məlum olub. 

Araşdırma zamanı dəstə üzvlərinin Şükran Xələfovun təklifi əsasında oğurluq etdiklərini məlum olub. Saxlanılan şəxslər oğurladıqları əşyaları Mehman Mahmudinin avtomobili ilə hadisə yerindən aparıblar.

Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.  



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi