13 ildən sonra Ağ Evə pişik gətirildi - Video

13-ilden-sonra-ag-eve-pisik-getirildi
Oxunma sayı: 3725

ABŞ Prezidenti Co Bayden Ağ Evə “Villou” (“Willow”) adlı yeni pişik gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bayden öz tviter hesabında paylaşıb.

“Bayden ailəsinə xoş gəldin, Willow”, - deyə Bayden qeyd edib. 

ABŞ Prezidenti pişiyi birinci xanım Cillin doğma şəhəri Villou-Qrouvun şərəfinə belə adlandırıb. Yerli medianın məlumatına görə, pişiyin iki yaşı var. 

Co Bayden və Villounun maraqlı tanışlıq hekayəsi var. Belə ki, onlar 2020-ci ildə Baydenin Pensilvaniyada keçirdiyi seçkiqabağı çıxışı zamanı tanış olub. Pişik Baydenin çıxışı zamanı səhnəyə çıxaraq onun nitqini yarıda kəsmişdi. 

Qeyd olunur ki, Villou 2009-cu ildən bu yana Ağ Evə gətirilən ilk pişik olub. 2009-cu ildə ABŞ-ın keçmiş Prezidenti Corc Buşun “İndia” adlı pişiyi ölüb.