13 konsulluqda təşviş yaradan şəxs saxlanıldı

13-konsulluqda-tesvis-yaradan-sexs-saxlanildi
Oxunma sayı: 893

Avstraliyada 13 ölkənin konsulluğuna şübhəli paket yollayan 48 yaşlı şəxs saxlanılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, adı açıqlanmayan həmin şəxs 10 yanvarda hakim qarşısına çıxarılacaq.

Onun əməli sübuta yetirilərsə 10 ilə qədər həbs cəzası ala bilər.

Xatırladaq ki, Melburn, Kanberra və Sidney şəhərlərində poçt vasitəsilə 13 ölkənin konsulluğuna ümumilikdə 38 ədəd şübhəli paket göndərilib. Bu səbəbdən ABŞ, Britaniya Krallığı, İsveçrə, Almaniya, Cənubi Koreya, Yunanıstan, İtaliya, Pakistan, Hindistan, İndoneziya, İspaniya, Fransa və Misir konsulluqlarının binası boşaldılıb. Axtarışlar nəticəsində partlayıcı maddə aşkar edilməyib.