13 məktəb təmir olunur

13-mekteb-temir-olunur
Oxunma sayı: 2342

Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

BŞTİ-dən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda 13 məktəbdə əsaslı təmir işləri aparılır, 1 məktəbin binasının, 1 məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilir. Bundan əlavə, ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası davam edir. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi davam etdirilir. Bütün bu işlərin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.