13 məktəbin fəaliyyəti dayanıb

13-mektebin-fealiyyeti-dayanib
Oxunma sayı: 640

Təhsil Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, ötən il 1 ibtidai məktəb ümumi orta, 2 ümumi orta məktəb isə tam orta məktəbə çevrilib. Bununla yanaşı, 1 ümumi orta məktəb ibtidai məktəbə, 4 tam orta məktəb ümumi orta məktəbə çevrilib, 1 tam orta və 2 ümumi orta məktəb isə ibtidai məktəbə çevrilib.

2011-2012-ci dərs ilinin əvvəlinə Təhsil Nazirliyi üzrə 4502 ümumi təhsil məktəbində şagirdlərin sayı 1 284 442 nəfər təşkil edib. 4476 gündüz ümumi təhsil məktəbində şagirdlərin sayı 1 275 033 nəfər, 7 axşam (qiyabi) ümumi təhsil məktəbində 2742 nəfər, 19 sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəb və internat məktəbində 6667 nəfər olub.

Məktəblərin ümumi sayı üzrə şagirdlərin sayı 13 gimnaziyada 9564 nəfər, 63 liseydə 37 694 nəfər, 22 internat məktəbində isə 5943 nəfər şagird təşkil edib. Ötən tədris ili ilə müqayisədə şagirdlərin sayı 33 071 nəfər azalıb. I siniflərdə şagirdlərin sayı 125 408 nəfər təşkil edib ki, bu da keçən ilə nisbətən 5376 nəfər çoxdur.

Bundan əlavə, hazırda gündüz ümumi təhsil məktəblərində 76 025 sinif komplekti fəaliyyət göstərir ki, bu da keçən dərs ili ilə müqayisədə 27 448 sinif azdır. Siniflərdə şagirdlərin orta sıxlığı 2010/2011-ci dərs ilində 16,6 olduğu halda, 2011/2012-ci dərs ilində 16,8 olub.