13 yaşlı atletimiz Avropa birinciliyinin bürünc mükafatçısı oldu

13-yasli-atletimiz-avropa-birinciliyinin-burunc-mukafatcisi-oldu
Oxunma sayı: 863

Kosovonun paytaxtı Priştina şəhərində 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi start götürüb.

“Qafqazinfo”nun məlumatına görə, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulub.

İştirakçılar arasında Azərbaycan yığmasının da üzvləri var. Onlardan biri - Elşən Məmmədov yaşı 15-ə qədər olan atletlərin 50 kq çəki dərəcəsində yarışıb.

Lənkəranlı atlet birdən qaldırma hərəkətində 75 kq-ı ram edib və bu hərəkətdə bürünc medal qazanıb.

E.Məmmədov təkanla qaldırma hərəkətində 95 kq-ı başı üzərinə qaldıra bilib. O, bu hərəkətdə 4-cü yeri tutub.

Cəmi 13 yaşı olan və bu Avropa birinciliyinin ən gənc atleti olan Məmmədov toplam 170 kq (75+95) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.