“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, hadisə şəhərin Məmməd Bürcəliyev küçəsində baş verib. Ömər Əliyev yolu keçmək istəyərkən 31 yaşlı Gəncə sakini Bəhruz Quliyev idarə etdiyi VAZ 2107 markalı avtomobillə onu vurub.
Yaralı dərhal yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Ömər Əliyevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər