13 yaşlı qız dəm qazından boğuldu

13-yasli-qiz-dem-qazindan-boguldu
Oxunma sayı: 1432

Ağstafa rayonunda 13 yaşlı qız dəm qazından boğulub ölüb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, yanvarın 27-də rayonun Eynallı kənd sakini, 2006-cı il təvəllüdlü Aysu Məmmədova saat 17 radələrində yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd