133 nəfər edam ediləcək

133-nefer-edam-edilecek
Oxunma sayı: 1786


“Qafqazinfo” sabah.com-a istinadən xəbər verir ki, bu barədə İndoneziya Hüquq və İnsan Haqları bürosunun rəhbəri Yasonna H. Laoly məlumat verib. O, 57 nəfərin narkotik satışı və istifadəçisi, 2 nəfərin terrorla əlaqəsinin olduğu, digərlərinin isə müxtəlif cinayət törətdikləri üçün edam ediləcəyi barədə danışıb.  

İndoneziyada Vyetnam, Niderland, Braziliya, Nigeriya və Malaziya vətəndaşlarından ibarət 6 nəfərlik qrupa narkotik satışı ilə məşğul olduğu üçün edam cəzası verilib.

Bununla bağlı sözügedən ölkə nümayəndələri İndoneziyaya qarşı sanksiyaların tətbiq edilməsi barədə təklif irəli sürüblər.