14 aylıq körpə ürək çatışmazlığından öldü

14-ayliq-korpe-urek-catismazligindan-oldu
Oxunma sayı: 1640

Şəkidə 14 aylıq körpə vəfat edib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Baş Göynük kəndində baş verib. 2021-ci il təvəllüdlü Ruhəngiz İsrafilovanın səhhəti qəfil pisləşdiyi üçün o, valideynləri tərəfindən xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlının ürək çatışmazlığından öldüyü bildirilir.