“Qafqazinfo” AzərTAca istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq departament, xidmət və şöbələrinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin sədr müavini Qurban Nəzirov deyib.
Yalama stansiyasının yenidən qurulması üçün dövlət büdcəsindən 1,7 milyon manat vəsait ayrılmasından da danışan Q.Nəzirov, fəaliyyətsiz olan bəzi xırda aralıq stansiyaların bağlanması və funksiyalarının dəyişdirilməsi vaxtının çatdığını bildirib. Eyni zamanda Bakı-Böyük Kəsik sahəsində qatarların təhlükəsiz hərəkətinin təmin olunması üçün Nəqliyyat Nazirliyi ilə razılığa əsasən 14 dəmir yolu keçidinin bağlanması da gündəmdədir.
Son xəbərlər
Son Xəbərlər