14 il sonra eyni filmdə çəkiləcəklər

14-il-sonra-eyni-filmde-cekilecekler
Oxunma sayı: 4008

“Aşk-ı Memnu” serialında Bihter və Behlül obrazlarını canlandıran aktyor Kıvanç Tatlıtuğla aktrisa Beren Saat 14 il sonra yenidən eyni layihədə yer alacaqlar.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçilər “OGM Pictures”in filmində baş rolu paylaşacaqlar. Ekran işinin ssenarisini Nuran Evren Şit qələmə alıb. Nyu-Yorkda çəkiləcək film rəqəmsal platformaların birində yayımlanacaq. 

Qeyd edək ki, Tatlıtuğ sonuncu dəfə “Nuh boğuldu” filmində, Saat isə “Benim dünyam” filmində çəkilib.