14 ildən sonra La Liqaya qayıtdılar

14-ilden-sonra-la-liqaya-qayitdilar
Oxunma sayı: 4139

Futbol üzrə İspaniya La Liqasına yüksələn ilk klub məlum olub.

"Qafqazinfo" xəbər verir ki, Sequndada 40 turdan sonra lider “Kadis” ən pis halda 2-ci yeri özü üçün təmin edib.

Hesabında 69 xalı olan komanda sona iki tur qalmış çempionluğa da əsas namizəd sayılır. 2-ci pillədə qərarlaşan “Hueska”nın 64, 3-cü olan “Saraqosa”nın isə 62 xalı var.

Qeyd edək ki, “Kadis” sonuncu dəfə 2005/06 mövsümündə La Liqada çıxış edib.