Türkiyəni hədəfə alan İŞİD terror qruplaşmasının mövqeləri vurulub.
“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, Hələbin şimalındakı İŞİD hədəfləri koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri ilə vurulub. Hücum nəticəsində 14 İŞİD yaraqlısı öldürülüb.
Məlumata görə, hava hücumu zamanı təşkilata aid tank, bir qərargah binası və üç avtomobil məhv edilib.
Son xəbərlər
Son Xəbərlər