Parisdə təxminən 14 min insan “sarı jiletlilər”in aksiyasına qoşulub.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “RİA Novosti” müşahidəçilərin müstəqil təşkilatı “Occurense”ə istinadən məlumat yayıb.
Parisdə aksiyalarda zərər çəkmiş şəxslərə dəstək məqsədilə “ağ yürüş” keçirilib. Nümayişlər Fransanın digər şəhərlərində də baş tutub.
Polis Yeliseyin ətrafını qismən mühasirəyə alıb və növbəti etiraz aksiyaları başlamazdan öncə Triumf arfasının ətrafına zirehli avtomobillər yerləşdirilib.
Qeyd olunur ki, əraziyə fransız jandarmaçılardan ibarət 7 mikroavtobus cəlb edilib.
Son xəbərlər
Son Xəbərlər