Türkiyənin Van şəhərinin Gülpınar rayonunda 14 nəfərlik avtobusda miqrantların daşındığı ortaya çıxıb.
“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, E. Ö. Adlı sürücünün idarə etdiyi avtobusda 32 Əfqanıstan, 12 Pakistan vətəndaşı olmaqla ümumilikdə 44 qanunsuz miqrant olub.
Saxlanılan sürücü məhkəməyə çıxarılaraq həbs olunub.
Mühacirlər isə dindirildikdən sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.

Son xəbərlər
Son Xəbərlər