14 yaşlı oğlan kanalda batdı

14-yasli-oglan-kanalda-batdi
Oxunma sayı: 1614

Samur-Abşeron kanalında 14 yaşlı yeniyetmə batıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Qusar rayonu, Quxuroba kəndi ərazisindən keçən hissəsində 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğlunun batması barədə məlumat daxil olub. 

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.