14 yaşlı ukraynalı çempion müharibə qurbanı oldu

14-yasli-ukraynali-cempion-muharibe-qurbani-oldu
Oxunma sayı: 2382

Mariupolda Rusiya hərbçilərinin açdığı atəş nəticəsində 14 yaşlı ağır atlet Alina Perequdova və onun anasının ölümünə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurasının feysbuk səhifəsində məlumat yayılıb.

Perequdova Ukrayna yığmasına namizədlər siyahısında olub və ötən il 17 yaşadək idmançılar arasında ağır atletika üzrə Ukrayna çempionatının qızıl medalını qazanıb.

İdmançı Donetsk ağır atletika məktəbinin şagirdi olub.

“O, ən yüksək səviyyədə hazırlaşırdı və daha da irəli getməyə çalışırdı. Amma ruslar gəldi və onu bu gələcəkdən məhrum etdilər" Mariupol Şəhər Şurasının məlumatında deyilir.