14 yaşlı yeniyetmə çayda batıb

14-yasli-yeniyetme-cayda-batib
Oxunma sayı: 4873

Gəncəçayda 14 yaşlı oğlanın meyiti aşkarlanıb.

“Qafqazinfo”nun məlumatına görə, meyit 2010-cu il təvəllüdlü Murad Allahverdiyevə aid olub. 

Onun çayda boğularaq öldüyü bildirilir.

Qeyd edək ki, mərhumun yaxınları bu gün onun itkin düşdüyü barədə polisə məlumat veriblər.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev