14 yaşlı yeniyetmənin cəsarəti - Foto

14-yasli-yeniyetmenin-cesareti
Oxunma sayı: 5455

Türkiyədə 14 yaşlı Həsən Özen cəsur davranaraq yaşıdını ölümdən xilas edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərinləmək üçün su kanalına düşən Civan Abdi bir müddət sonra yorulduğu üçün batmağa başlayıb. Onu görən polislər xilas etmək üçün suya xilasedici dairə atsalar da, uşaq huşunu itirdiyindən dairəni tuta bilməyib.

Bu zaman hadisəni izləyən uşaqlardan biri Həsən Özen tez kanala atılıb və yaşıdını sahilə çəkib. Polis əməkdaşlarının ürək masajı və süni tənəffüsündən sonra Civan nəfəs almağa başlayıb, ürək döyüntüləri normallaşıb.

Xəstəxanaya aparılan uşağın hazırda vəziyyətinin yaxşı olduğu bildirilib.

Günel Hacı