144 milyon mənimsəyən sabiq nazirlə bağlı - Yeni qərar

144-milyon-menimseyen-sabiq-nazirle-bagli
Oxunma sayı: 5938

Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rafael Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin vəsatətinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən iclasda R.Əliyevin həbsdə saxlama müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Rafael Əliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, 144 milyon manat mənimsəmədə ittiham olunur.