Artıq filiallara yaxınlaşıb növbədə gözləməyə ehtiyac yoxdur. Belə ki, istənilən müştəri bir zənglə kredit eksperti ilə görüş vaxtı təyin edib, bankın məhsul və xidmətləri ilə bağlı məlumat ala, həmçinin Bolkart və ya istənilən növ kredit əldə edə bilər.
Bu xidmətdən faydalanmaq üçün 3 sadə addım atılmalıdır:
* 145-ə zəng etmək (ölkədaxili istənilən şəhər və mobil nömrələrindən)
* dil seçimindən sonra operatora qoşulmadan 5 düyməsini (kredit sifarişi) seçmək
* mobil nömrəni qeydiyyata salmaq.
Nömrə qeydiyyata alındıqdan sonra bankın əməkdaşı ən qısa zamanda qeyd olunan mobil nömrə sahibi ilə əlaqə saxlayıb, onu məlumatlandıracaq və uyğun müştərini NÖVBƏSİZ KREDİT və ya BOLKART almaq üçün filiala yönləndirəcək.
Bu xidmət sayəsində zaman məhdudiyyəti olan müştərilər vaxtlarına qənaət etmiş olacaqlar.
Daha ətraflı məlumat:
145 Məlumat Mərkəzi
www.facebook.com/bankofbaku
www.bankofbaku.com
Son xəbərlər
Son Xəbərlər