“146 azərbaycanlı Rusiya zülmündən qaçaraq Türkiyəyə sığınmışdı”

146-azerbaycanli-rusiya-zulmunden-qacaraq-turkiyeye-siginmisdi
Oxunma sayı: 2362

“1944-cü ildə 146 azərbaycanlı qardaşımız Rusiya zülmündən qaçaraq Türkiyəyə sığınmışdı. O vaxtkı Cümhuriyyət Xalq Partiyası (CHP) rəhbərliyi çox təəssüf ki, 146 qardaşımızı Stalin əsgərlərinə təslim edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə televiziyasına verdiyi müsahibəsində CHP barədə danışarkən deyib. 

“Azərbaycanlı qardaşlarımız Boraltan körpüsündən qarşı tərəfə keçib və əsgərlərimizin gözü qarşısında qətlə yetiriliblər. Onlar qarşı tərəfə keçərkən nə dedilər bilirsinizmi? Onlar türk əsgərlərinə “bizi onlara verməyin, bizi siz öldürün”, - deyiblər. Budur CHP!”, - deyə Ərdoğan bildirib.