15-17 yaşlı analar 3 min uşaq dünyaya gətirib

15-17-yasli-analar-3-min-usaq-dunyaya-getirib
Oxunma sayı: 1186


“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən il ölkədə 2 855 uşaq 15-17 yaşlı analar tərəfindən dünyaya gəlib. Onlardan 889-u şəhərlərdə, 1 966-sı isə kənd yerlərində doğulub. 

15-17 yaşlı analar tərəfindən dünyaya gələn uşaqların sayı diri doğulanların ümumi sayına nisbətən 1.7% təşkil edib. 

Ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ötən il 25 069 nəfə olub. Onlardan 10 892-si şəhər yerlərində, 14 177-si kənd yerlərində dünyaya gəlib. Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı diri doğulanların ümumi sayına nisbətən 14.5% təşkil edib.