15 avtobusun dayanacaq yeri dəyişdi

15-avtobusun-dayanacaq-yeri-deyisdi
Oxunma sayı: 1811

Bakıda 15 avtobusun son dayanacaq məntəqəsi dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 2, 14, 13, 7a, 158, 142, 130, 59, 37, 96, 91, 29, 117, 83, 67 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi kimi Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzi müəyyən edilib.

Belə ki, avtobuslar 13 apreldən Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin xidmətində olacaq.