15 aydan sonra... - Fotolar

15 aydan sonra...
Oxunma sayı: 4305

Xəbər verdiyimiz kimi, bu gündən başlayaraq iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilib.

Qadağanın götürüldüyü ilk gün və iş vaxtının olmasına baxmayaraq, günorta saatlarında ticarət mərkəzlərində kifayət qədər adama rast gəlinib. "Mall"ların daxilində fəaliyyət göstərən restoranlar da açıldığı üçün ora nahar məqsədilə gələnlərin sayı da az olmayıb. 

Bildirək ki, ticarət mərkəzlərinin fəaliyyəti pandemiya şəraitinə uyğun təşkil edilir. Mərkəzlərin daxilində müştərilərə maska, məsafə, dezinfeksiya tələbləri qoyulub. Onu da qeyd edək ki, mərkəzlərin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrların fəaliyyətinə hələ də icazə verilmir.

Xatırladaq ki, ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri 2020-ci ilin martın 23-dən bu günə qədər bağlı idi.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın uzun zamandan bəri bağlı olan “Park Bulvar”dan çəkdiyi fotoları təqdim edirik: