15 bələdiyyə barəsində cinayət işi açılıb

15-belediyye-baresinde-cinayet-isi-acilib-
Oxunma sayı: 663

“Qafqazinfo”nun nazirliyin saytına istinadən verdiyi məlumata görə, iclasda 2011-ci il ərzində 32 minə yaxın bələdiyyə aktının inzibati nəzarət qaydasında yoxlanıldığı və onlardan 1600-dən çoxunun nazirliyin təklifləri əsasında dəyişdirildiyi və ya ləğv edildiyi bildirilib. İclasda qeyd edilib ki, 690 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunub, bununla yanaşı, 28 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib və onlardan 15-i üzrə artıq cinayət işi başlanıb. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 4.300 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunub.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin daha da gücləndirilməsi, onlara göstərilən metodiki yardımın səviyyəsinin yüksəldilməsi üzrə davamlı tədbirlərin görülməsi, bu işdə regional ədliyyə şöbələrinin imkanlarından daha geniş istifadə olunması üzrə müvafiq tapşırıqlar verilib.

Sədan