“15 iyul”un lideri Azərbaycanda bu nömrəyə zəng edib - 051 660 00 38

15-iyulun-lideri-azerbaycanda-bu-nomreye-zeng-edib
Oxunma sayı: 1848

Türkiyədə FETÖ-nün 15 iyul çevriliş planının bir nömrəli şəxsi olan Hərbi-Hava Qüvvələrinin sabiq baş komandanı, ordu generalı Akın Öztürkün Azərbaycanla əlaqələrinə dair yeni detal açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 15 iyul çevriliş cəhdindən 10 gün əvvəl Öztürkün Azərbaycanda (+994) 516600038 “Azercell” nömrəsi ilə iki dəfə əlaqə saxladığı məlum olub. 

Qeyd edək ki, hazırda həmin nömrəyə zəng çatmır.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə mediasında sabiq generalın çevriliş cəhdindən əvvəl və sonra əlaqə saxladığı ölkələrin siyahısı dərc olunmuşdu. Həmin ölkələr arasında İngiltərə, İrlandiya, Şimali Koreya, Belçika, Azərbaycan, Almaniya vardı.