İndiyə qədər BP şirkəti və onun tərəfdaşları BP-nin operator olduğu “Şahdəniz 2” layihəsinə 15 milyard dollar investisiya qoyub.
"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə keçmiş regional prezidenti Qordon Birrell deyib.
O vurğulayıb ki, BP "Şahdəniz 2" layihəsi üzrə yekun xərclərin investisiya qərarında göstəriləndən daha az olacağını gözləyir.
Qeyd edək ki, bundan əvvəl layihənin dəyəri 28 milyard dollar qiymətləndirilmişdi.
Son xəbərlər
Son Xəbərlər