15 milyon manat kredit götürüb qaytarmayana hökm oxundu

15-milyon-manat-kredit-goturub-qaytarmayana-hokm-oxundu
Oxunma sayı: 1800

Bakı Ağır Cinayətlər Məhkəməsində “Beynəlxalq Bank” işinə görə təqsirləndirilən Rauf Allahverdiyevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə R.Allahverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, iş adamı R. Allahverdiyev “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından 15 milyon manat kredit götürüb və geri qaytarmayıb.

Murad Əhməd