“15 min vətəndaş kreditlə bağlı kompensasiya almayıb”

15-min-vetendas-kreditle-bagli-kompensasiya-almayib
Oxunma sayı: 1962

Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov çıxış edərək bank sektorundan danışıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.Bayramov deyib ki, dövlət satınalmaları ilə bağlı çatışmazlıqlar ümumi xarakter daşıyır: “Tender məlumatları ictimaiyyətə təqdim olunmur. Hesabatda qeyd olunub ki, ötən il problemli kreditlərlə bağlı ölkə başçısının sərəncamının icrası Hesablama Palatası tərəfindən audit olunub və müəyyən olunub ki, 15 min vətəndaşımız ona aid olan vəsaiti ala bilməyib. 

Təklif edirəm ki, onların niyə bunu ala bilməməsinə baxılsın. Eyni zamanda Büdcə Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac var. Mərkəzi Bank tərəfindən 2 bankın lisenziyası ləğv edilib. Büdcə Məcəlləsinin hazırlanmasına ehtiyac var və şəffaflığın gücləndirilməsi baxımından bu, çox vacibdir”.

Murad Əhməd