Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə S.Rüstəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Rüstəmov həbsdə olan dostu Elvin Aslanovu azad etdirmək adı ilə onun anası Sədaqət Aslanovdan 12 min manat alıb. Sonra isə S.Aslanovun evi üçün order alacağını deyərək 3 min manat da əlavə alıb. S.Rüstəmov verdiyi vədlərin heç birinə əməl emtəyib və pulu da geri qaytarmayıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər