15 nəfərin adına 55 min kredit götürdü – - Həbs edildi

15-neferin-adina-55-min-kredit-goturdu-
Oxunma sayı: 793


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə Astara rayonunda baş verib.

2014-cü ilin avqust ayından dekabr ayınadək olan müddətdə Astara rayonunun Şahağacı kənd sakinləri Ceyhun Əhədov və Elşən Əliyev rayon sakinlərinin etimadını qazanaraq onların adına kredit götürüb.

Belə ki, C.Əhədov və E.Əliyev 15 nəfərin - Rəziyyə İslamovanın, Tamara Abbasovanın, Həzrətqulu Əliyevin, Gülbəyim Əliyevanın, Xanımnisə Heydərovanın, Yasəmən Əkbərovanın, Sərfinaz Məmmədovanın, Ruhəngiz Əliyevanın, Tərifə Ərəbovanın, Aliyə Əliyevanın, İlahə İbrahimovanın, Minayə Səfərovanın, Rafiq Rəhimovun və Zəka Əliyevin etimadlarını qazanıb onların adına “Kapital bank”dan və “Respublika bank”dan ümumilikdə 29200 manat və 26600 ABŞ dolları götürüb.

Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Əhədov tutulub.

Murad Əhməd

“Qafqazinfo”