Xəbər verdiyimiz kimi, ABŞ-nin Florida ştatında “Milton” qasırğası qurbanlarının sayı 15 nəfərə çatıb.
“Qafqazinfo”nun məlumatına görə, qasırğa səbəbindən Florida ştatında bəzi evlər uçub, ağacların aşması nəticəsində avtomobillərə ciddi zərər dəyib.
“PowerOutage.us” portalının məlumatına görə, hazırda Floridada 2,6 milyondan çox insan işıqsız qalıb.
Təhlükəli anlar ilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Həmin görüntüləri təqdim edirik: