Pakistanın Hərbi Hava Qüvvələrinin Şimali Vəziristan əyalətinin Maysar rayonunda “Taliban” hərəkatının düşərgəsinə hava zərbələri endirməsi nəticəsində azı 15 terrorçu məhv edilib.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, əməliyyatın gedişində terrorçuların dörd sığınacağı dağıdılıb. Yaralananlar haqqında məlumat verilmir.
Pakistan ordusu Əfqanıstanla sərhəd rayonlarında antiterror əməliyyatlarına 2014-cü ildə “Taliban” hərəkatı üzvlərinin Kəraçi aeroportuna hücumundan sonra başlayıb.
Son xəbərlər
Son Xəbərlər