15 yaşı var, bir filmdən 6 milyon qazanacaq

15 yaşı var, bir filmdən 6 milyon qazanacaq
Oxunma sayı: 3688

“Stranger things” serialı ilə populyarlaşan 15 yaşlı aktrisa Milli Bobbi Braun yeni layihədə rol alacaq. “Qafqazinfo” xəbər verir ki, İngiltərənin serial ulduzu 2021-ci ildə efirdə yayımlanacaq “Şerlok Holms” filmindən 6, 1 milyon dollar qazanacaq.

Şerlok Holms obrazının qızı Enola Holmsı canlandıracaq Milli qonorarından əlavə prodüserlərdən 500 min dollar da alacaq.

Bundan əlavə, o, müqavilə şərtlərinə uyğun olaraq bütün çəkiliş meydançalarına özəl təyyarə ilə gələcək.

Ekran işində baş rolu (Şerlok Holms) Helena Bonem Karter oynayacaq.








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi