15 yaşında maşın qaçırdı, tutuldu - Foto

15-yasinda-masin-qacirdi-tutuldu
Oxunma sayı: 1434

Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan İfadə Mehdiyev ona məxsus “Hundai” markalı avtomobilin evinin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib. 

“Qafqazinfo” xəbər verir ki, dərhal şöbədə araşdırmalara başlanılıb, hadisə yerinə baxış keçirilib və qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 2004-cü il təvəllüdlü İ.H saxlanılıb. O, ifadəsində avtomobili talama məqsədi ilə yox, sürmək üçün qaçırdığını bildirib.

Araşdırma zamanı saxlanılan şəxsin dekabr ayının 16-da Balaxanı qəsəbəsində yaşayan Elvin Xeyrullayevə məxsus “Opel” markalı avtomobili qaçırdığı da məlum olub.

Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.