15 yaşlı oğlan bıçaqlandı - Lənkəranda

15-yasli-oglan-bicaqlandi
Oxunma sayı: 1373

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, insident axşam saatlarında Xəzər dənizi sahilində qeydə alınıb.

Lənkəran şəhər sakini, 15 yaşlı Yunus Elşad Əzimzadə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Boyun nahiyəsinin kəsilmiş-deşilmış yarası alan zərərçəkən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Zərərçəkmişə xəsarət yetirmiş şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.