15 yaşlı oğlan bıçaqlandı - Yenilənib

15-yasli-oglan-bicaqlandi
Oxunma sayı: 1880

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun kəndlərinin birindən olan 2009-cu il təvəllüdlü A.P. bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. 

***

DİN-in Mətbuat xidmətindən bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Sadıqlı kənd sakini A. P.-nın kəsici alətlə kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində hadisəni 2008-ci il təvəllüdlü E. İ.-nin törətməsi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, hadisə iştirakçıları məktəbli olsa da, insident təhsil ocağından kənarda qeydə alınıb.