15 yaşlı oğlan qardaşını necə güllələdi? - Dəhşətli hadisənin təfərrüatı

15-yasli-oglan-qardasini-nece-gulleledi
Oxunma sayı: 1132

Tovuzda qətl hadisəsi törədilib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, qətl hadisəsi rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü İsmayılov İbrahim Şaiq oğlu ehtiyatsızlıq nəticəsində 16 mm çaplı tüfənglə açdığı atəşlə qardaşı, Rusiya vətəndaşı 1995-ci il təvəllüdlü İsmayılov Sərxan Şaiq oğlunu qətlə yetirib.
 
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.  

***

Report-un məlumatına görə, qardaşlar videoçəkiliş aparırlarmış. Bu zaman qardaşlardan biri tüfəngi digərinin başına tuşlayıb və içərisində güllə olmadığını düşünərək atəş açıb. Nəticədə başından güllə yarası alan Sərxan İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.