15 yaşlı oğlanı avtomobil vurub öldürdü

15-yasli-oglani-avtomobil-vurub-oldurdu
Oxunma sayı: 1604

Balakəndə 15 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb. 

"Qafqazinfo"nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib. Belə ki, 2005-ci il təvvəllüdlü Balakən sakini Əfəndiyev Sübhan Zahir oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Qəza zamanı ağır bədən xəsarətləri alan S.Əfəndiyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Mübariz Muradov