15 yaşlı qız özünü dənizə ataraq intihar edib

15-yasli-qiz-ozunu-denize-ataraq-intihar-edib
Oxunma sayı: 2417

Sumqayıtda intihar hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, 2001-ci il təvəllüdlü Aydan Əsgərzadənin dənizdə boğulmuş meyiti tapılıb. İlkin məlumatlara görə, o, intihar məqsədi ilə özünü dənizə atıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.