Ağdamda baş verən bədbəxt hadisə 15 yaşlı yeniyetmənin ölümünə səbəb olub.
“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, hadisə rayonda məcburi köçkünlərin məskunlaşdığı Baharlı 2 qəsəbəsində qeydə alınıb.
Uzunqulaq arabasının üzərində olan Qəzənfər Əsgərov arabanın çevrilməsi nəticəsində yerə yıxılıb və başı zərblə daşa çırpılıb. Ağır araba isə onun üzərinə aşıb.
Hadisəni görən qəsəbə sakinləri və yaxınları onu arabanın altından çıxarsa da yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Qəzənfər Əsgərov başından aldığı zərbə nəticəsində hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları da gəlib.
Yeniyetmənin meyiti baxış keçirilmək üçün Məhkəmə tibbi ekspertiza və Pataloji anatomiya birliyinin Bərdə rayon şöbəsinə gətirilib. 9-cu sinif şagirdi Qəzənfər Əsgərovun meyiti müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər