15 yaşlı yeniyetməni çimərkən ilan sancdı

15-yasli-yeniyetmeni-cimerken-ilan-sancdi
Oxunma sayı: 4042

Gəncə şəhər sakinini ilan sancıb.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, şəhər sakini 2001-ci il təvəllüdlü Həsən İsmayılov ayaq nahiyəsindən ilan sancma xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstyəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, o Göygöl rayonun “Azos” adlanan ərazisində çayda çimərkən ilan onu sancıb.