“Qafqazinfo”nun “ans press”ə istinadən verdiyi məlumata görə, həmçinin Donetskdə sakinləri onların qohumlarından pul almaq üçün oğurlayırlar. Bu haqda Ukrayna anti terror mərkəzi məlumat yayıb.
Qorlovkada Qolmovskiy döngəsinə aparan avtomobil yolu partladılıb. Eyni yerdə qeyri-slavyan görünüşlü döyüşçülər 48 saylı idman məktəbinin ərazisində öz bazasını açıblar və onun ətrafında ərazini minalayıblar.
"Bundan başqa, Ukrayna ordusu qarşısında böyük itkilərlə üzləşən terrorçular 150 nəfər cinəyatkarı yerli koloniyadan azad edərək onları silahlandırıblar. Onlardan yerli əhalinin qorxudulması və müqavimətin göstərilməsi üçün Ukrayna hökümət qüvvələrinə qarşı istifadə edirlər", - deyə Ukrayna anti terror mərkəzinin mətbuat xidməti məlumat verıb.
Milli Təhlükəsizlik Şurasının məlumatına görə, Kirovskda terrorçular komendant saatı elan ediblər.
Son xəbərlər
Son Xəbərlər