150 kVt-dan yuxarı elektrik qurğularına görə dövlət rüsumu tutulacaq

150-kvt-dan-yuxari-elektrik-qurgularina-gore-dovlet-rusumu-tutulacaq
Oxunma sayı: 5363

150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə dövlət rüsumu tutulacaq.

“Qafqazinfo” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Elektrik enerjisindən istifadə Qaydaları”ndakə dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişiklik nəticəsində həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən rüsumun tam məbləğdə dövlət büdcəsinə ödənilməsi müəyyən edilib, həmçinin Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə də dövlət rüsumu müəyyənləşdirilib.

Bununla əlaqədar müvafiq qərarla 150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulması ilə bağlı müddəa əlavə edilib.