150 nəfər İŞİD-çi Türkiyəyə aparılır

150-nefer-isid-ci-turkiyeye-aparilir
Oxunma sayı: 1888

Suriyanın şimalında “Sülh Çeşməsi Hərəkatı” nəticəsində tutulan 195 İŞİD-çinin aqibəti bəlli olub.

“Qafqazinfo” “Haberler”ə isitnadən xəbər verir ki, onlardan 150-si Türkiyəyə aparılacaq. 150 İŞİD-çi Şanlıurfada həbsxanaya salınacaq. Türk olmayan terrorçular isı Tel Abyaddakı həbsxanalarda Suriya Milli Ordusunun (SMO) nəzarətində saxlanılacaq.

Qeyd edək ki, 195 İŞİD-çi YPG terror təşkilatı tərəfindən buraxılmış, TSK və SMO tərəfindən isə ələ keçirilmişdi.