1500-dən çox qəlpə tapıldı

1500-den-cox-qelpe-tapildi
Oxunma sayı: 700

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 4-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1512 qəlpə aşkar ediblər.

"Qafqazinfo" xəbər verir ki, mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə 10 min 910 kvadratmetr ərazi (410 kvadratmetr əl ilə, 6500 kvadratmetr mexaniki üsulla və 4 min kvadratmetr minaaxtaran itlərin vasitəsi ilə) yoxlanılıb.