152-ci saatda yeni möcüzə - 7 yaşlı uşaq xilas edildi

152-ci-saatda-yeni-mocuze
Oxunma sayı: 3208

Türkiyənin Adıyaman şəhərində baş verən zəlzələnin 152-ci saatında 7 yaşlı Hacı Ahmet dağıntılar altından çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, xilsedicilər təxminən 7 saatlıq işdən sonra uşağı xilas edə biliblər.

Dağıntılar altından çıxarılan uşaq ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.